Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan XİN-i Azərbaycan Respublikası Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərh ilə çıxış etməsi barədə açıqlama verib.
“Son vaxtlar gənclər arasında koronavirusa yoluxma hallarının artmasının səbəbi havanın isinməsi və onların evdən kənarda daha uzun müddət vaxt keçirməsidir”.
Müdafiə Nazirliyi Qubadlı rayonunun Ulaşlı kəndindən video yayıb.