Kamran Əliyev: Bakı-Şamaxı və Bakı-Quba yolunda bəzi yerlər buz bağlayıb

Kamran Əliyev: Bakı-Şamaxı və Bakı-Quba yolunda bəzi yerlər buz bağlayıb
08 Dek 2016 11:44

Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının bəzi hissəsləri buz bağlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi yolunun Gəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buzlayıb:

"Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb".

K.Əliyev bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb:

"Ümumilikdə bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır. Nəqliyyatın hərəkəti var. Sadəcə, bəzi yollarda buzlaşma var. Bakı-Sumqayıt üzrə hərəkət edən sürücülər Ceyranbatan qəsəbəsi ərazisindəki gölün yaxınlığında ehtiyatlı olsunlar, həmin ərazidə buzlaşma var. Bir də əsasən sürücülər yolardakı körpülərin üstündə ehtiyatlı olmalı, əyləcdən istifadə etməməlidirlər. Çünki yollar açıq olsa da, körpülərin üstündə buzlaşma olur, bəzi sürücülər də yüksək sürətlə hərəkət edərək körpülərin üstündə buzlaşmada əyləcdən istifadə edirlər. Bu da avtomobilin idarəetmədən çıxması deməkdir"


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.