Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü
12 Dek 2016 15:29

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdən öncə iştirakçılar ulu öndərin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılan abidəsinə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir iştirakçıları ulu öndərə həsr olunmuş “Heydər Əliyev mənim üçün kimdir?” adlı xatirə stendinə ürək sözlərini yazdılar.
Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov giriş nitqi ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışdı. Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın bu gün də inkişaf etdiyini vurğuladı. Dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov tarixə nəzər salaraq, xalqımızın böyük fəlakətlərlə üz-üzə qaldığı illəri xatırlatdı. Bildirdi ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. O zaman xalqımızı düşdüyü bu bəlalardan xilas edəcək böyük siyasi xadimə ehtiyac duyulurdu. Belə bir vaxtda xalq dahi şəxsiyyət Heydər Əliyevə inanaraq onu böyük etimadla ölkə prezidenti seçdi. Məhz dahi şəxsiyyətin xilaskarlıq missiyasının başlaması ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan nicat tapdı, bu gün onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq.
Tədbirdə çıxış edən YAP-ın Siyasi Şurasının üzvü, Heydər Əliyev irsinin araşdırıcısı İradə Hüseynova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Fəaliyyəti dövründə daim ümummilli liderin diqqət və qayğısını hiss etdiyini vurğuladı. Natiq dahi şəxsiyyətin vəfatını böyük kədər hissi ilə vurğulayaraq, bunu bütün türk dünyası üçün böyük itki adlandırdı. Dahi şəxsiyyətin qayğıkeş, cəsarətli bir şəxsiyyət olaraq ölkəmizin çiçəklənməsi istiqamətində yorulmaz fəaliyyətindən bəhs etdi. Bu gün də onun uzaqgörən siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Milli Məclisin deputatı Kamaləddin Qafarov da çıxışında uşaqlıq illərində şahidi olduğu və ulu öndər Heydər Əliyevlə bağlı xatirəsini bölüşdü. İnsanların dahi şəxsiyyət Heydər Əliyevi böyük məhəbbətlə sevdiklərini, onun əziz xatirəsinin xalqın qəlbində daim yaşayacağını bildirdi. Müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandıraraq dahi şəxsiyyətin əziz xatirəsinin dünyanın hər bir yerində yüksək kədər və sayğı hissi ilə qeyd edildiyini vurğuladı.
Tədbirdə “Ulu öndərə məktub” inşa-yazı müsabiqəsində üçüncü yerin qalibi, “Ulu öndərin izi ilə” Naxçıvana səfərdə iştirak etmiş 284 saylı tam orta məktəbin şagirdi İlkin Məmmədov çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevlə və onun doğulub, böyüyüb, boya-başa çatdığı Naxçıvana səfəri ilə bağlı təəssüratlarını bölüşdü.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan tarixinin otuz ildən artıq bir dövrünün dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlı olduğunu qeyd etdi. Bugünkü qüdrətli Azərbaycanın ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsi olduğunu bildirdi. Natiq Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafa nəzərə salaraq bunları dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasi islahatların nəticəsi adlandırdı.
Daha sonra tədbir Bakı Humanitar Kollecin hazırladığı bədii proqramla davam etdirildi. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Nuriyyə Hüseynova və İlkin Əhmədov bir vaxtlar ulu öndərin xoşladığı və öz səsi ilə oxuduğu musiqiləri səsləndirdilər.
Tədbir ulu öndərin əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə yekunlaşdı.

Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

10 Okt 2016

Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən  qədim bayraqların sərgisi ilə başladı.