Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı “Unutmağa kimsə yox...” (Kemal Abdulla. “Unutmağa kimse yok...”, Ankara 2016.) da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.
AZƏRTAC xəbər verir ki, bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dilinə çevirən və “Ön söz”ün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur.
Kitabın “Ön söz”ündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu bu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.
Kitabın üz qabığında Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə isə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat öz əksini tapıb.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.