KİV: Azərbaycan Mərkəzi Bankından 30 milyon pul oğurladı, Rusiyada ələ keçdi

KİV: Azərbaycan Mərkəzi Bankından 30 milyon pul oğurladı, Rusiyada ələ keçdi
10 Okt 2019 10:38


Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan Mərkəzi Bankının sabiq əməkdaşı saxlanılıb. 

Bununla bağlı Rusiya mətbuatı məlumat yayıb. 

Məlumatlara görə, 43 yaşlı azərbaycanlı əlbir olduğu şəxslərlə birlikdə kreditləri saxtalaşdırıb və bu üsulla 30 milyon rubldan çox (786 min manatdan çox - red.) pulu mənimsəyib. 

Saxlanılan şəxs dərhal həbs olunub. Regional prokurorluq ekstradisiya yoxlaması keçirib. Nəticədə prokurorluq Milli Bankın keçmiş mütəxəssisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar qəbul edib.

Yaxın günlərdə onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilib. Göstərilən ittihamla həmin şəxsin 12 il müddətinə azadlıqdan məhrum olunacağı qeyd edilib.

29 Mar 2020
Cəmiyyət

Paris-Azərbaycan Evinin rəhbəri koronavirusa yoluxmasından və müalicəsindən danışdı

Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva vəziyyəti ilə bağlı açıqlama yayıb. 

29 Mar 2020
Cəmiyyət

Bakıda üç avtobusun hərəkət sxemində dəyişiklik edildi

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq, Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır. 

29 Mar 2020
Cəmiyyət

Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ

“Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb”

29 Mar 2020
Cəmiyyət

Naxçıvanda koronavirusa yoluxma qeydə alınmayıb - RƏSMİ

 Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur

29 Mar 2020
Cəmiyyət

Karantin qəzaların sayını kəskin azaltdı

Koronavirus pandemiyasının Azərbaycanda da artan xətlə yayılması ölkədə son 10 gün ərzində kəskin qərarlar qəbul etməyə səbəb olub