“Əl Cəzirə” telekanalının Pakistan bürosunun keçmiş rəhbəri Əhməd Zeydan və müxbiri Bilal Kərim ABŞ prezidenti Donald Trampı məhkəməyə verib.
Trend-in məlumatına görə, jurnalistlər öz adlarının terror təşkilatları ilə mübarizə çərçivəsində məhv edilməli olan şəxslər siyahısına daxil edilmədiyini iddia edir.
Vaşinqton məhkəməsinə ünvanlanan ərizədə jurnalistlər terror təşkilatları ilə əlaqələri olmadığını bildirir və ABŞ prezident D.Trampdan, eləcə də ABŞ Müdafiə Nazirliyindən və Mərkəzi Kəşfiyyat İdarəsindən öz adlarının siyahıdan çıxarılmasını tələb edir.
Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.
Hindistanın Tamil Nadu ştatında baş verən güclü fırtına nəticəsində 3 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bernar Kventin Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri təyin edilib.