Rusiya Liberal Demokrat Partiyası Kreml ulduzlarının qartallarla əvəz edilməsini təklif edib.
Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, partiya sədri Vladimir Jirinovski bu ulduzların masonların rəmzi olduğunu iddia edib:
“Ulduzların əvəzinə qartal qoymaq lazımdır. İnternetdə baxın: ulduzların masonların rəmzi olduğunu öyrənəksiniz. Oraq-çəkici də bizə qərb masonları qəbul etdirib”.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.