Türkiyənin İzmir şəhərində PKK terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyatda 31 nəfər həbs olunub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanların evlərində 4 tüfəng, çoxlu sayda təşkilati sənəd, qadağan olunmuş nəşrlər ələ keçirilib.
Əməliyyat tədbirləri davam etdirilir.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.