Türkiyənin İzmir vilayətində iki partlayış törədilib.
Oxu.Az xəbər verir ki, İzmirin Buca rayonunda kustar üsulla hazırlanmış iki partlayıcı qurğu işə salınıb.
Partlayış səsini eşidən vətəndaşlar dərhal bu barədə polisə xəbər veriblər.
Hadisə yerinə cəlb olunan Terrorla Mübarizə Şöbəsinin əməkdaşları küçəni mühasirəyə alıblar və araşdırma aparıblar. Axtarış nəticəsində kustar üsulla hazırlanmış daha bir partlayıcı qurğu tapılıb. Minaaxtaranlar onu dərhal zərərsizləşdiriblər.
Qeyd olunur ki, partlayışlar nəticəsində xəsarət alan olmayıb.
“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.
Kanada Ukraynaya 40-dək zirehli döyüş maşını, eləcə də pilotsuz uçan aparatları üçün 6 kamera göndərəcək.
“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.