İxrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib (FOTO)

İxrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib (FOTO)
04 2017 11:59

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun “İxrac təşviqinin ödənilməsi Qaydası”na həsr olunmuş seminarı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə meyvə-tərəvəz, quru meyvə, spirtli və spirtsiz içkilər, mineral sular, bal, tekstil, fındıq istehsalı və iqtisadiyyatın digər qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son illərdə ixracın stimullaşdırılması tədbirləri, bu sahədə həyata keçirilən islahatlar, sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənədin verilməsi, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara ixrac təşviqinin ödənilməsi mexanizmi barədə məlumat verib, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Sonra AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin geri ödənilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə təqdimatla çıxış edib.

Seminar sual-cavab sessiyası ilə davam etdirilib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.