Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
"Azneft" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə edir.
Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərirlər. SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləri ilə iştirak edirlər.
Qeyd edək ki, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.
Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıblar.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə dördüncü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksinlərin vurulması prosesinə start veriləcək.