İtaliyada Xocalı qurbanları anılıb

İtaliyada Xocalı qurbanları anılıb
07 2017 17:49

Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin iştirakı ilə anım gecəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin təşkilatçıları Azərbaycanın İtaliyadakı səfirliyi, Busto Garolfo şəhər bələdiyyəsi, Orizon Akademiyası və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasıdır.

Anım gecəsində səfirliyin birinci katibi Erkin Heydərli qonaqları salamlayaraq onlara, xüsusilə də Milan Provinsiyası Bələdiyyəsinin başçısına tədbirdə iştirakına və mərasimin təşkilində göstəridiyi dəstəyə görə minnətdarlığını bildirib. Daha sonra Azərbaycanın tarixi və müasir dövrü haqqında qısa məlumat verən E.Heydərli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş danışıb. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi soyqımı, uşaqlara, qadınlara, xəstələrə və dinc əhaliyə qarşı törədiyi vəhşiliklər, öz torpağında günahsız insanların amansızcasına qətlə yetirilməsi iştirakçıların diqqətinə çatdırılıb.

İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev Xocalı soyqırımından 25 il keçsə də, azərbaycanlıların yaddaşından bu faciəsnin nəinki silinmədiyini, əksinə daha dərin izlər buraxdığını və daha önəmli tarixə çevrildiyini qeyd edib. Milan Provinsiyası Bələdiyyə başçısının xanımı Buondi Susanna isə Azərbaycan dostluq əlaqələrindən danışıb. B.Susanna soyqırımı hadisələrinin ağrılarını hiss etdiyini bildirib.

Tədbirdə Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib. Daha sonra İtaliya Akademiyasının dosenti, xoreoqraf Mais Nuriyevin “Xocalı” kompozisiyası tamaşaçılara təqdim edilib. Ardınca tanınmış italyan şairi, Milan Konservatoriyasının professoru, Azərbaycan Yazıçılar İttifiqanın üzvü, Vladimir Delman adına xorun bədii rəhbəri Davide Gualtieri “Xocalı” şeirini bəstələdiyi musiqinin müşayiəti ilə səsləndirib. Həmin şeri Azərbaycan dilində İtaliyada Azərbaycan Assosiasiyasının prezidenti Mais Nuriyev ifa edib. Daha sonra bir çox Azərbaycan şairlərinin şeirləri italyan dilində rəqs və musiqinin müşayiəti ilə səsləndirilib. M.Nuriyev və D.Gualtieri Günel Anarqızının “Qarabağ hekayələri”nin bir hissəsini də italyanca tamaşaçılara təqdim edib.

Tədbirin sonunda iştirakçılar Qarabağ, Xocalı həqiqətlərinə dair müzakirələr aparıb, soyqırımı aktını törədənləri pisləyib. Azərbaycanı sevdiklərini bildirən qonaqlar ölkəmizə səfər etmək arzusundan olduqlarını dilə gətiriblər. Milan kollecinin baş müəllimi Xocalıya həsr edilmiş tamaşanın, rəhbərlik etdiyi kollecdə göstəriləcəyini deyib.

Anım gecəsinin keçirildiyi məkanda Xocalı soyqırımına həsr olunmuş xüsusi guşə yaradılıb. Burada “Xocalıya ədalət” şüarları, broşurlar, Xocalı həqiqətləri haqqında müxtəlif kitablar, şəkillər sərgilənib. Bəzi kitablar qonaqlara hədiyyə edilib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.