Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) İtaliyanın aparıcı ictimai səhiyyə institutunun (Istituto Superiore di Sanita - ISS) professoru Peter Kombonun başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əməkdaşlığın perspektivli sahələri və birgə layihələr müzakirə edilib.
Bu, 2016-cı ildə İSİM ilə İSS arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində ilk görüşdür.
Memorandumun əsas məqsədi çirklənmiş və sağlamlıq üçün riskli sayılan ərazilər, sağlamlığa ziyan vuran ətraf mühit amilləri barədə əhalini məlumatlandırmaq, ətraf mühit və sağlamlıq mövzularında sorğular, araşdırmalar və elmi tədqiqatların aparılmasını dəstəkləmək və təşviq etməkdir.
İSİM-in direktoru Ceyhun Məmmədov görüşdə ictimai səhiyyə sahəsində tədqiqatların və əhali arasında maarifləndirmə tədbirlərinin aparılmasının, sağlamlığa təsir edən mənfi amillərin müəyyən edilməsinin və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin, bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Memorandumun imzalanmasından qısa müddət keçməsinə baxmayaraq, bu istiqamətdə əməli addımlar atıldığını vurğulayan C.Məmmədov əmin olduğunu bildirib ki, İSİM ilə ISS arasında əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcək.
Professor Peter Kombo ISS-nin Avropa İttifaqının dəstəyi ilə idarə etdiyi “COST Action” (European Co-operation in Science and Technology – elmi tədqiqatlar və texnologiyalar sahəsində Avropa əməkdaşlığı) proqramı barədə ətraflı məlumat verib. O, bu layihədə Azərbaycanın İSİM tərəfindən təmsil olunacağını da yüksək qiymətləndirib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.