İtaliya mətbuatı: Azərbaycan 20 yanvar şəhidlərini anır

İtaliya mətbuatı: Azərbaycan 20 yanvar şəhidlərini anır
20 2017 13:32

İtaliyanın "Dazebaonews" informasiya portalında jurnalist Romolo Martelloninin müəllifi olduğu "Azərbaycan 20 yanvar şəhidlərini anır" sərlövhəli məqalə dərc edilib.

Trend portala istinadən xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə məqsədilə və sovet rejiminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyinə etiraz əlaməti olaraq keçirdiyi dinc nümayişə qarşı M.Qorbaçovun əmri ilə 30.000 minlik sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirməsi barədə məlumat verilir.

Müəllif Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmağa çalışan sovet ordusu tərəfindən hərbi əməliyyat nəticəsində 140-dan artıq şəxsin qətlə yetirildiyini, 700-dən çox şəxsin yaralandığını, 841 nəfərin həbs olunduğunu, çoxsaylı mülki obyektlərə böyük ziyan vurulduğunu bildirir.

Məqalədə “Human Rights Watch”, "Helsinki Watch", "Memorial" kimi qeyri-hökümət təşkilatıları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən bu faciə haqqında yayılmış məlumatlara istinad edilərək sovet ordusu tərəfindən günahsız insanlara tətbiq olunan fiziki güc haqqında danışılır. Dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilməməsini vurğulayan müəllif 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini diqqətə çatdırır, 20 yanvar faciəsinin araşdırılması və ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılmış addımlardan bəhs edir, Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən 20 Yanvar faciəsinin qurbanlarına şəhid fəxri adının verildiyini və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildiyini bildirir.

Müəllif Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin Bakının ən yüksək zirvəsi olan Dağüstü Parkda dəfn edildiyini, onların xatirəsini anmaq üçün "Şəhidlər Xiyabanı"nın salındığını qeyd edir. "20 Yanvar 1990-cı il tarixində Azərbaycan xalqı üzləşdiyi siyasi, mənəvi və hərbi təcavüzə baxmayaraq, öz tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağa və şəhid olmaq bahasına olsa belə, vətənin azadlığı və müstəqilliyinin müdafiəsi üçün ən ağır hücumlara tab gətirməyə müvəffəq olmuşdur", - deyə jurnalist yazısını bitirir.

4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayev ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Xoşbəxt Yusifzadə dəfn edilib - YENİLƏNİB-2

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə dəfn edilib.

4 Okt 2023
Cəmiyyət

Mikayıl Cabbarov Türkmənistan naziri ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

4 Okt 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlandı

Ölkə ərazisində oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.