İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı “Uğurlu idman müxbiri” nominasiyası üzrə “Ferrari Awards” mükafatına layiq görülüb. Artıq doqquzuncu dəfə təşkil edilən builki təltifetmə mərasimi Anzio şəhərində keçirilib.
Tədbirə İtalyanın idman, mədəniyyət və incəsənət sahələrində tanınmış nümayəndələri, eləcə də türkiyəli jurnalistlər qatılıblar.
İndiyədək İtaliya mətbuatında fəal çıxış edən, “Skytg24”, “Tgcom24”, “Rai” nüfuzlu telekanalların proqramlarına qatılan D.Keşaplı idman sahəsində maraqlı reportajlarına görə “Uğurlu idman müxbiri” nominasiyası üzrə “Ferrari Awards” mükafatına layiq görülüb.
Tədbirin təşkilatçısı “Associazione Occhio dell'Arte” Dərnəyinin rəhbəri Mauro Boccuccia, “Ferrari Passion” Dərnəyinin sədri Fabio Barona çıxışlarında D.Keşaplının idman sahəsində fəallığını yüksək qiymətləndiriblər.
Mükafata layiq görülməsinə görə təşəkkürünü bildirən D.Keşaplı idman ölkəsi kimi tanınan Azərbaycanda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün istiqamətlərdə, o cümlədən idman sahəsində qazanılan uğurlardan danışıb. Bildirib ki, ötən il Formula-1 yarışının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların daha bir göstəricisidir. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi bu ölkədə idmanın inkişafda olduğunu sübut edir.
Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.
Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.
30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.