İsveçrə naziri: Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi və mədəni baxımdan körpü rolunu oynayır

İsveçrə naziri: Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi və mədəni baxımdan körpü rolunu oynayır
03 2017 17:55

Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynayır.

Bu fikir Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterin xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı təbrik məktubunda öz əksini tapıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, D.Burkhalter Azərbaycan ilə İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın ölkələrimiz arasında güclü bağları əks etdirdiyini vurğulayıb və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Didye Burkhalter dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını qeyd edib.

Nazir Elmar Məmmədyarovun isveçrəli həmkarına ünvanladığı məktubda isə iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyi vurğulanıb. Məktubda tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd edilib. İsveçrənin 70-dən çox şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov ölkəmizdəki nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.


12 May 2025
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün xüsusi sosial aksiya həyata keçirilib.

12 May 2025
Siyasət

Şahin Bağırov Yardımlıda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yardımlıda Yardımlı, Masallı, Cəlilabad, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

12 May 2025
Siyasət

Milli Məclis Azərbaycanla Pakistan arasında sazişi təsdiq edəcək

Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək.

12 May 2025
Siyasət

Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.