İstilik sistemlərinin daha uzunömürlü olması üçün nə etmək lazımdır? – VİDEO

İstilik sistemlərinin daha uzunömürlü olması üçün nə etmək lazımdır? – VİDEO
26 Dek 2016 08:42

Bir çoxlarının başına gəlib, evdə quraşdırılan istilik sistemləri, yəni radiatorlar bəzən deşilərək tez sıradan çıxır. Bir çoxları iddia edir ki, mənzillərə verilən isti su çirkli-paslı olduğundan radiatorların tez aşınmasına gətirib çıxarır. Bəziləri isə iddia edir ki, radiatorlar keyfiyyətsiz olduğu üçün tez deşilir. Ümumiyyətlə, radiatorların uzunömürlü olmasını necə təmin etmək olar?

Vətəndaş iddia edir ki, mənzilindəki istilik sistemi keyfiyyətsiz su ucbatından tez sıradan çıxıb. Digər vətəndaş isə iddia edir ki, radiatorlar keyfiyyətsiz olduğu üçün tez sıradan çıxır.

Bəs əsl səbəb nədir? İstilik sistemi satanlar və ustalar deyir ki, “Azəristilik” ASC-dən istilik alan mənzillərdə radiatorların tez sıradan çıxması daha çox baş verir. Buna səbəb vurulan suyun tərkibinin təmiz olmamasıdır.

ASC isə bu iddialarla razılaşmırlar. Qurumdan “XəzərXəbər”ə bildiriblər ki, əksinə, onlar mənzillərə yumşaldılmış su verir. Su yumşaldıcı qurğularda natrium-kationid süzgəclərindən keçirilən suyun codluğu azaldılır.

Səbəbindən asılı olmayaraq, radiatorların daha uzunömürlü olması üçün nə etmək lazımdır?

Ustaların məsləhəti belədir:

Dəmir olmayan, panel yox, bölməli istilik sistemləri daha məsləhətlidir.

Realpress.Az “XəzərXəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.



5 Okt 2022
Cəmiyyət

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib - FOTO

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

5 Okt 2022
Cəmiyyət

Xəzərin səviyyəsi 35 santimetr düşüb

Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.

5 Okt 2022
Cəmiyyət

Mikayıl Cabbarov rusiyalı nazirlə görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb

5 Okt 2022
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 779 vaksin vurulub.

5 Okt 2022
Cəmiyyət

Azərbaycanda daha 108 nəfər COVID-19-a yoluxub, dörd nəfər vəfat edib - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.