İstanbul-Bakı reysinin sərnişinindən külli miqdarda qızıl müsadirə olundu

İstanbul-Bakı reysinin sərnişinindən külli miqdarda qızıl müsadirə olundu
08 2017 15:16

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlamadan öncə, vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onun bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini söyləyib.

Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə, vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş -11 ədəd üzük, 8 ədəd sırğa cütü, 12 ədəd tək sırğa, 3 ədəd kulon, 3 ədəd sırğa-üzük dəsti, 2 ədəd boyunbağı-qolbaq dəsti, 2 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti, 7 ədəd kulonlu boyunbaq, 8 ədəd qolbaq və 14 ədəd boyunbağını çıxararaq gömrük nəzarətinə təqdim edib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 253,16 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.