İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilib? - RƏSMİ AÇIQLAMA

İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilib? - RƏSMİ AÇIQLAMA
30 2019 15:48

İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. 

Realpress.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.

"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə o qeyd edib.


14 Okt 2019
Siyasət

Ərdoğan Bakıda türk iş adamları ilə görüşür - CANLI YAYIM

Ərdoğan Bakıda türk iş adamları ilə görüşür - CANLI YAYIM

14 Okt 2019
Siyasət

İlham Əliyev Ərdoğanla görüşdü — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

14 Okt 2019
Siyasət

İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı