İspaniyada pensiyaların ödənilməsi üçün ayrılan məbləğ ötən illə müqayisədə 3,15 faiz artıb. Bunun əsas səbəbi əhalinin qocalması, pensiyaçıların sayının artmasıdır.
Cari ilin yanvar ayının göstəricilərinə görə ölkədə pensiyaçıların sayı 1.19 faiz çoxalıb və 9,465 milyon nəfərə çatıb. Orta ömür müddətinin artması fonunda doğulan uşaqların az olması əhalinin qocalmasının, pensiyaçıların sayının artmasının əsas səbəbidir.
Xərclərin çoxalmasının daha bir səbəbi isə pensiyaların həcminin 2 faiz artmasıdır. Hazırda İspaniyada orta aylıq pensiya məbləği 1054 avroya çatıb.
“Finala çıxanda emosiyalar çox idi, həyəcan vardı. Əlbəttə, meydana çıxdıqdan sonra həyəcan geridə qaldı və başa düşdük ki, biz rəqibdən güclüyük”.
Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenski dörd dəfə Rusiya lideri Vladimir Putinə ikitərəfli sammit təklif edib.
Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.