Martın 10-da polis əməkdaşları İsmayıllı rayon sakini, F-1 qumbarası ilə silahlanmış Kazımov Zakir Əhməd oğlunu saxlamaq istəyərkən, cinayətkar əlindəki qumbaranı kafenin ərazisinə atıb.
REALPRESS.Az-ın xəbərinə görə, bu barədə Virtualaz.org-a Rayon Polis Şöbəsindən məlumat veriblər.
Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.