“Ünvanlı sosial yardımların verilməsində neqativ hallar var”.
realpress.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb: “Amma bu məsələ reallaşmadı. Bir çox qurumda şəffaf kadrların yerləşməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan kimi olsun.
Həqiqətən, Səlim Müslümov bu quruma rəhbər gətiriləndən sonra burada müsbətə doğru ciddi addımlar atıldı, şəffaflıq gücləndirildi.
Amma ümumi baxsaq, hər yerdə 100 faiz şəffaflıq mümkündürmü? Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə, ciddi narazılıqlar yaranar.
Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimuma çatdırılsın, heç olmasa, 135 manat olsun.
Rayonlarda sosial problemli ailələr çoxdur, rayonlarda, kəndlərdə mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur.
Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.