İş axtaranlara yeni fürsət

İş axtaranlara yeni fürsət
31 2017 12:19

"İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatda Baş Polis İdarəsindən məlumat verilib.

Müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 24-dək, boyu 175 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 590-27-25 və 590-27-26 nömrəli telefonlar ilə müraciət edə bilərlər.


30 Noy 2023
Cəmiyyət

Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib - FOTO

Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

30 Noy 2023
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb - FOTO

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.