İran Prezidenti Administrasiyası: Tehran və Bakı arasında münasibətlər strateji əlaqələrə çevrilə bilər (ÖZƏL)

İran Prezidenti Administrasiyası: Tehran və Bakı arasında münasibətlər strateji əlaqələrə çevrilə bilər (ÖZƏL)
07 2017 09:53

Sosial və mədəni amillər İran və Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə yardım edir və bu münasibətlərin yeni strateji səviyyəyə çıxmasına imkan verir.

Bunu Trend-ə İran Prezidenti Administrasiyası rəhbərinin informasiya və kommunikasiya üzrə müavini Pərviz İsmaili deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini şərh edən P.İsmaili qeyd edib ki, səfər zamanı iki ölkə arasında əlaqələrin fəallaşdırılması üçün unikal imkanlar yaradılıb.

Onun sözlərinə görə, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun açılışı, energetika, ticarət, nəqliyyat, turizm və ekologiya sahələrində həyata keçirilən digər layihələr Tehran və Bakının regional və regionlararası əlaqələrin mərkəzinə çevrilməsinə imkan yaradır.

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatlarından danışan P.İsmaili bu formatları regionda sabitliyin və təhlükəsizliyin bərpa olunması, eləcə də regional inkişaf və terror təhlükələrinə qarşı mübarizə sahələrində uğurlu nümunələr adlandırıb.


25 Sent 2023
Siyasət

Ərdoğan Naxçıvana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

22 Sent 2023
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.

22 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

22 Sent 2023
Siyasət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.