İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskva görüşünün vaxtı dəyişdirilib

İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskva görüşünün vaxtı dəyişdirilib
19 Dek 2016 13:38

İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Moskva görüşünün vaxtı dəyişdirilib.

İran mətbuatının yazdığına görə bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrov və türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə telefon əlaqəsi saxlayaraq Suriyanın Hələb şəhərində baş verən hadisələri müzakirə etmək üçün üçtərəfli görüşün keçirilməsini təklif edib. Tərəflər təklifi qəbul edib və dekabrın 27-də Moskvada görüşmək haqqında razılıq əldə olunub.

Lakin hadisələrin sürətli inkişafı görüşün tezləşdirilməsi ehtiyacını yaradıb. M.C. Zərif yenidən həmkarlarına zəng edərək görüşün dekabrın 27-dən 20-nə keçirilməsini istəyib. Tərəflər bu barədə də razılıq əldə ediblər.

Qeyd edək ki, Suriya böhranı ilə əlaqədar son iki gündə İran və Türkiyənin xarici işlər nazirləri arasında bir neçə dəfə olduqca gərgin telefon danışıqları aparılıb.

Xatırladaq ki, Hələb şəhərinin üsyançılardan azad edilməsi üçün onun bombardmana məruz qalması humanitar fəlakət yaradıb. Dağıdılmış şəhərdə qalan insanlar ən adi tibbi xidmətdən də məhrum olublar. Bombardmanlar kütləvi şəkildə qadın və uşaqların ölümü ilə nəticələnib.


25 Sent 2023
Dünya

Azərbaycan badmintonçusu Peruda keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “İnternational challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.

25 Sent 2023
Dünya

Nigeriyada mülki əhaliyə terror hücumu: Ölənlər və qaçırılanlar var

Nigeriyanın şimal-şərqində “Boko Haram” terror təşkilatı mülki əhaliyə hücum aktı həyata keçirib.  

25 Sent 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 270 hərbçisi məhv edilib.

25 Sent 2023
Dünya

Özbəkistan XİN başçısı bu gün Türkiyəyə gedir

Özbəkistan xarici işlər naziri Baxtiyar Saidov bu gün Türkiyəyə gedir.

25 Sent 2023
Dünya

Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb

Somalinin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.