“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ixrac missiyalarının təşkili 2017-ci ildə də davam etdiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşıdan gələn ilin ilk ixrac missiyalarının yanvarın 23-26-da Almaniyaya, fevralın 5-8-də Əfqanıstana, həmin ayın 8-11-də Pakistana, 11-14-də Qətərə təşkili nəzərdə tutulur.
İxrac missiyalarında müsabiqə əsasında seçiləcək meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, süd və süd məhsulları, ət və ət məhsulları, pambıq, kimya və digər məhsulların istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.