İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilk dəfə olaraq ABŞ-ın Pensilvaniya Universiteti tərəfindən hər il elan olunan dünya beyin mərkəzlərinin reytinqinə düşüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, hazırda İİTKM dünyanın dövlətə bağlı ən yaxşı beyin mərkəzləri arasında 74-cü, 2016-cı ildə yaradılan beyin mərkəzləri arasında ən yaxşı 25-ci və illik büdcəsi 5 milyon ABŞ dollarından az olan beyin mərkəzləri arasında dünyada 46-cı yerdədir.
Aşağıdakı linkdən tam hesabatla tanış olmaq mümkündür: http://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1011&context=think_tanks
1. Best Government Affiliated Think Tanks - 74-cü yer
2. Best New Think Tanks 2016 - 25-ci yer
3. Top Think Tanks with Annual Operating Budgets of Less Than $5 Million USD - 46-cı yer.
Qeyd edək ki, reytinqlə bağlı sorğu keçən ilin sentyabr ayına qədər olan fəaliyyəti nəzərə alır. Beləliklə, ilk dəfə reytinqə düşmək üçün mərkəzin keçən il 5-6 aylıq fəaliyyəti monitorinqə düşüb.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.