İnternetdə bu dələduzluğu edənlər həbs oluna bilər - DİQQƏT!

İnternetdə bu dələduzluğu edənlər həbs oluna bilər - DİQQƏT!
01 2017 15:56

Onlayn alver anlayışı ilk dəfə 1990-cı ildə yaranıb. Rahatlıq axtaran insanlar internetin inkişafı ilə bu fürsətdən istifadə edərək, evlərindən çıxmadan alış-veriş etməyə başlayıb.

İnternetdən mətbəx əşyaları, mobil telefonlar, kosmetik vasitələrdən tutmuş, hər növ geyimlərə qədər sifariş etmək mümkündür. Hazırda hətta tikinti materialları, ev və maşınların belə onlayn satıldığı veb-dükanlar fəaliyyət göstərir.

Araşdırmalara görə, onlayn alış-veriş edənlərin ən çox satın aldığı məhsul qrupu təyyarə biletləri, tətil, səyahət və otel rezervasiyalarıdır. Onlayn alış-verişdə sonrakı yerlərdə isə kompyuter və digər texnoloji avadanlıqlar gəlir.

Hazırda “Ebay” onlayn hərrac sistemi demək olar ki, digər rəqibi “Amazon”u geridə qoyaraq, dünyanın ən böyük onlayn mağazasına çevrilib.

Son illər Azərbaycanda da onlayn alış-veriş saytlarının sayı artıb. Onlarla yanaşı, əsasən Rusiya və Türkiyə saytlarına müraciət edənlər çoxluq təşkil edir.

Türkiyədə il ərzində onlayn ticarətdən təxminən 10, Rusiyada isə 3 milyard dollar gəlir əldə edilir. Azərbaycanda isə bu haqda dəqiq məlumat əldə etmək mümkün deyil. Bu isə həmin şirkətlərin vergidən yayınmaları ilə bağlıdır.

Belçikada onlayn ticarətə görə vergi hər “bit” üzrə hesablanır. Fransada elektron ticarətin vergiyə cəlb edilməsi üçün ticarət fəaliyyəti həyata keçirən internet-şirkətlərin məcburi dövlət sertifikasiyasından keçmələri məsələsi müzakirə edilir.

Bu ildən Azərbaycanda da elektron ticarətlə bağlı bəzi yeniliklər gözlənilir. Belə ki, Vergilər Nazirliyi elektron ticarətdə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılmasına hazırlaşır. Sənədə əsasən, elektron ticarətlə alış-veriş edənlərin Əlavə Dəyər Vergisi (ƏDV) ödəməsi nəzərdə tutulur.

Onlayn ticarətlə məşğul olan şirkətlərin qeydiyyata alınması isə bu sahədə yaranan mübahisəli məsələləri də aradan qaldırmış olacaq. Bəzi işbazların qeyri-qanuni alverinə son qoyulacaq.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Tahir Əlirzayev onlayn ticarət fəsadlarının hüquqi məsuliyyətindən danışıb.

“Əgər şəxsin aldadılaraq pul və əmlakının əlindən alınması halları aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 178-ci maddəsi tətbiq edilir. Bu maddə özündə dələduzluq əməlini ehtiva edir. Maddənin 1-ci bəndinə əsasən, dələduzluq, yəni, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə görə 100 manatdan 700 manata qədər cərimə nəzərdə tutulur. Həmçinin 360 saatdan 480 saata qədər ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə də həyata keçirilə bilər”.


6 Sent 2024
Dünya

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

6 Sent 2024
Dünya

İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir

İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil olunan "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

6 Sent 2024
Dünya

İsrail ordusu "Hizbullah"ın silah anbarını vurub

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus silah anbarına zərbələr endirib.

6 Sent 2024
Dünya

Püskürmək üzrə olan vulkanın kraterindən unikal görüntülər

İndoneziyada ölkənin ən aktiv vulkanlarından birinin kraterinin içərisindəki vəziyyəti göstərən unikal görüntülər qeydə alınıb.

6 Sent 2024
Dünya

Almatı vilayətinin bir kəndində qarayara səbəbindən karantin tətbiq edildi

Qazaxıstanın Almatı vilayətinin Ülken Aksu kəndində qarayara səbəbindən karantin tətbiq edilib.