İnternet klub işlədənlərin nəzərinə: Qanuna dəyişiklik gözlənilir

İnternet klub işlədənlərin nəzərinə: Qanuna dəyişiklik gözlənilir
06 2017 14:06

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi kompüterlərin ayrılması və buna əməl etməyən klub rəhbərlərinin inzibati məsuliyyətə cəlb edilməsi təklif edilir.

REALPRESS.Az bu barədə Trend-ə istinadən xəbər verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirib ki, bu məsələ komitə tərəfindən uşaqların internetdə qarşılacağı zərərli infomasiyalardan qorunması məqsədi ilə yeni hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinə daxil edilib.

Onun sözlərinə görə, layihədə internet klublarında uşaqlar üçün ayrıca guşənin yaradılması məsələsi öz əksini tapıb: “Layihəyə görə, hər bir internet klubda 2 kompüter olmaq şərtilə, süzgəcdən keçirilmiş kompüterlər olmalıdır. 

İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompüterlərdə əyləşdirilməlidir. Buna nəzarət edəcək qurum tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək. 

Monitorinq zamanı internet klubda uşağın süzgəcdən keçirilmiş kompüterdə deyil, digər kompüterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub”.

Evdə uşaqların internetdən istifadəsinə valideyn tərəfindən nəzarət edilməsini vacib sayan S.Məmmədov əlavə edib ki, “Telekommunikasiya haqqında” qanuna əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarının təhlükəsiz istifadə imkanları təmin edilir: 

“Yəni abunəçi internet götürdüyü provayderə evinə süzgəcdən keçirilmiş internetin daxil olması üçün müraciət edir. Bununla da uşaqların sağlamlığına ziyan vura bilən hər hansı saytların açılmasına qadağa qoyulur. Abunəçi provayderlə müqavilə bağlayarkən bu məsələni tələb edə və bu cür formada da internet ala bilər”.

S.Məmmədov qeyd edib ki, “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi artıq müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.