Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Bakı şəhər Uşaq Bərpa Müalicə Mərkəzində həkim-pediatrlar üçün “İnkişafın dəstəklənməsi və izlənməsi rəhbərliyi” mövzusunda ikigünlük seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, UNICEF-in dəstəyi ilə təşkil olunan təlimdə inkişaf pediatriyası sahəsində mütəxəssis Təranə Seyidməmmədova paytaxtın və regionun müxtəlif tibb müəssisələrindən olan həkimlərinə uşaqların inkişaf və davranışına təsir edən tibbi, psixoloji və sosial amillər haqqında məlumat təqdim edib, inkişaf pediatriyasının prinsiplərindən, onun öyrənilməsində fənlərarası yanaşmadan danışıb, uşaqların inkişafında geri qalmanın erkən aşkar edilməsinin vacibliyini vurğulayıb.
Təlim çərçivəsində Uşaq Bərpa Müalicə Mərkəzinin balaca pasiyentləri və onların valideynləri arasında Ankara Universitetinin inkişaf pediatriyası kafedrasının mütəxəssisləri tərəfindən hazırlanmış “Uşaqların inkişafının monitorinqi qaydaları” mövzusunda sorğu keçirilib.
Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.
Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.
Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.
Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.