Realpress.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfəri başlayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın rəsmi şəxsləri, eləcə də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıblar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanından birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeviniqamətgahına yollanıb. Orada onu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İki ölkənin lideri arasında təkbə-tək görüş baş tutub.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.
“Birgə Monitorinq Mərkəzi üçün yer müəyyən edilib, konteynerlər gəlib, tikinti başlayıb. İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir. İllərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən, Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi mesajları sakitcə dinləmək məcburiyyətindədirlər.