İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”

İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”
25 2020 14:06


“Ermənilər faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır”.

bunu Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən söyləyib.

Prezident vurğulayıb ki, Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır:

“Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər”.

22 Okt 2020
Siyasət

İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib.

22 Okt 2020
Siyasət

Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir - FOTO/VİDEO

Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib. Polşanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların da iştirak etdiyi aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vrotslav Univeristenin müəllimi İlahə Kərimova polyak dilində çıxış edib və erməni vandalizmini qınayıb.

22 Okt 2020
Siyasət

Polad Bülbüloğlu: “Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib”

“Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə danışmaq üçün hələ tezdir, çünki erməni tərəfi öz yanaşmalarında destruktivlik nümayiş etdirir”.

22 Okt 2020
Siyasət

Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb

Bu ilin 21 oktyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.