İlham Əliyevdən ipoteka ilə bağlı – MÜHÜM FƏRMAN

İlham Əliyevdən ipoteka ilə bağlı – MÜHÜM FƏRMAN
05 2017 10:18

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

REALPRESS.Az-ın APA-ya istinadən məlumatın görə, qüvvədə olan qaydaya əsasən güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). 

Dəyişikliyə görə, bundan sonra güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 90 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla).

Qaydaya əsasən indiyə qədər ipoteka krediti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Dəyişikliyə görə, bundan sonra üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin alınmasına veriləcək. 

Buna qədər kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilib.

Dəyişikliyə əsasən, bundan sonra kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir.


4 Okt 2024
Siyasət

Prezident: "Azərbaycanın böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi bundan sonra da uğurla gedəcək"

"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".

4 Okt 2024
Siyasət

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"

"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".

4 Okt 2024
Siyasət

Mikayıl Cabbarov ilə xarici şirkət rəhbəri arasında görüş keçirilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü Marko Villa ilə görüş keçirib.

4 Okt 2024
Siyasət

Azərbaycan Prezidenti: "Ermənistan təhlükəli oyunlara qoşulub"

"Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın.