İlham Əliyev: Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub

İlham Əliyev: Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub
30 2017 14:38

Mövcud qəsəbələrdə məcburi köçkünlər üçün yeni fərdi evlərin tikintisi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur:

“Qeyd etməliyəm ki, son illər ərzində 100-ə yaxın məcburi köçkün qəsəbəsi inşa edilib, 200 mindən çox məcburi köçkün bu binalara yerləşdirilib. Bütünlükdə isə son illərdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması məqsədlərinə 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il yeni binalar tikilməlidir, yerlər ayrılıb. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulub. Çünki orada artıq infrastruktur var və infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilib ki, bu il Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, bu il və bundan sonrakı illərdə yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq. Yenə də demək istəyirəm ki, bütün müvafiq göstərişlər verilib, indi hesablamalar aparılır, layihələndirmə işləri aparılır və ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də bir ay ərzində artıq praktiki tikinti işləri başlanmalıdır”.


18 Avq 2022
Siyasət

İlham Əliyev Efiopiyanın yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.

18 Avq 2022
Siyasət

Ərdoğanın Ukraynaya rəsmi səfəri başladı - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.

18 Avq 2022
Siyasət

Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edildi - FƏRMAN

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.

18 Avq 2022
Siyasət

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq

Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq.