İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib

İki ekranla təchiz edilən “Microsoft Surface Duo” smartfonu təqdim edilib
03 Okt 2019 12:38

"Microsoft" korporasiyası qatlanan iki ekranla təchiz edilən "Surface Duo" adlı yeni smartfon nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru www.news.ru" resursuna istinadən yazır ki, açıq vəziyyətdə 8,3 düymlük planşetə çevrilən yeni qurğunun ekranının hər biri 5,6 düym diaqonallıdır.
 
Məlumata görə, smartfon mövcud formaya uyğunlaşan "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Tərəflərdən biri 360 dərəcə dönür ki, bu da istifadəçiyə müstəqil şəkildə rahat mövqe seçməyə imkan verir.
 
"Microsoft Surface Duo" modeli birkristallı "Snapdragon 855" sistemi ilə təchiz edilib. Qurğunun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.  
 
Smartfonun 2020-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.

Realpress.az


19 Mar 2020
İT

İlk ikiekranlı televizor nümayiş olunub

“Hisense” şirkəti iki ekrana və “8K” təsvir ölçüsünə malik dünyanın ilk televizorunu təqdim edib.

19 Mar 2020
İT

2020-ci ildə 200 dollara “5G” smartfon satın almaq mümkün olacaq

2020-ci ilin sonunadək smartfonlar bazarında təxminən 214 dollar məbləğində “5G” şəbəkələrini dəstəkləyən qurğular əlçatan olacaq. 

18 Mar 2020
İT

“OPPO” şirkəti “Reno3” smartfonunun “4G” versiyasını təqdim edib

"OPPO" şirkəti "Reno3" smartfonunun təqdim edilməsindən üç ay sonra qurğunun LTE modemlə təchiz edilmiş daha ucuz versiyasını təqdim edib.

18 Mar 2020
İT

Yeni “Powerbeats” qulaqcığı rəsmən təqdim olunub

“Apple” korporasiyasına məxsus “Beats” şirkəti yeni simsiz “Powerbeats” qulaqcığını rəsmən təqdim edib.

18 Mar 2020
İT

İki ucuz “iPhone” modeli buraxılacaq

“Apple” şirkəti iki ucuz “iPhone” modelini satışa çıxarmağı planlaşdırır.