İki ölkənin bariatrik cərrahlarının iştirakı ilə konqres keçiriləcək

İki ölkənin bariatrik cərrahlarının iştirakı ilə konqres keçiriləcək
04 2017 17:47

Aprelin 7-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3-cü Beynəlxalq bariatrik- metabolik cərrahiyyə konqresi keçiriləcək.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konqresdə Azərbaycan və Türkiyənin tanınmış mütəxəssisləri bariatrik cərrahiyyənin ayrı-ayrı aktual məsələləri ilə əlaqədar məruzələr edəcək, videotəsvirlər nümayiş olunacaq və konqres iştirakçılarını maraqlandıran suallara cavablar veriləcəkdir.

Günün ikinci yarısında İstanbul Universiteti və Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedralarının tanınmış mütəxəssislərinin iştirakı ilə bariatrik cərrahiyyə əməliyyatı nümayiş etdiriləcəkdir.

Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.