İdmançımız dünya üçüncüsü olub Paralimpiya Oyunlarına lisenziya qazandı

İdmançımız dünya üçüncüsü olub Paralimpiya Oyunlarına lisenziya qazandı
08 Noy 2019 12:22


Azərbaycan Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

Realpress.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb.

Kamil Əliyev uzunluğa tullanma üzrə T12 kateqoriyasinda yeddi metr nəticə göstərib. Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev bununla da XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı beşə yüksəlib. Qeyd edək ki, Kamil Əliyevdən öncə Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələnib.


6 Dek 2019
İdman

Makqreqora Nurmaqomedovla döyüşə bilmək üçün şans verildi

UFC-nin irlandiyalı döyüşçüsü Konor Makqreqor yüngül çəkidə mütləq çempion Həbib Nurmaqomedovla döyüşə bilmək üçün əvvəlcə amerikalı Donald Serrone qalib gəlməlidir.

6 Dek 2019
İdman

Arda Turan “Qalatasaray”la bağlı qərarını verdi

Arda Turan “Qalatasaray”la bağlı qərarını verdi

6 Dek 2019
İdman

2020-ci il üçün azərbaycanlı FIFA hakimləri bilindi - ADLAR

2020-ci il üçün azərbaycanlı FIFA hakimləri bilindi - ADLAR

5 Dek 2019
İdman

Həbib əfsanəvi basketbolçuya ismarıc göndərdi: “Sən haradasan?” - VİDEO

Həbib əfsanəvi basketbolçuya ismarıc göndərdi: “Sən haradasan?” - VİDEO