İcbari tibbi sığortanın pilot layihəsi ümumilikdə 228.1 min nəfər əhalini əhatə edir

İcbari tibbi sığortanın pilot layihəsi ümumilikdə 228.1 min nəfər əhalini əhatə edir
01 2017 16:52

Prezident İlham Əliyevin Fərmanına əsasən, 2017-ci ilin yanvarından Mingəçevir şəhərinin və Yevlax rayonunun dövlət səhiyyə sisteminə daxil olan qurumlar Nazirlər Kabineti yanında İcbari Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərirlər. Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın baza xidmətlər zərfinə 1829 müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib.

Pilot layihə müddətində icbari tibbi sığortanın baza zərfindən bu ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər istifadə edə biləcəklər. Pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunda ümumilikdə 228.1 min nəfər əhalini əhatə edir.

Digər rayonların əhalisi isə pilot ərazilərdəki tibb müəssisələrinin xidmətlərindən Prezidentin Fərmanı ilə təsdiq olunmuş tariflər əsasında istifadə edəcəklər.

Hazırda sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılır.

Səhiyyənin maddi-texniki bazası gücləndirilməsi də diqqət mərkəzindədir. Bu məsələdə Səhiyyə Nazirliyi də öz dəstəyini göstərəcək. Kənd tibb məntəqələri yenidən qurulacaq ki, bu da əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artıracaq. İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Pilot ərazilərdəki tibb müəssisələrində kadr potensialını gücləndirmək, səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaq məqsədilə Agentlik planlı şəkildə mütəmadi olaraq, təlimlər təşkil edəcək. Respublikanın tibb müəssisələrindəki ixtisaslaşmış həkimlər pilot ərazilərdəki xəstəxanalara ezam ediləcək. Xarici ölkələrdən, xüsusilə, Türkiyədən mütəxəssislərin təlimlərdə iştirak edəcəyi nəzərdə tutulub.

Hazırda xəstəxanalarda ilkin yardım sistemi qurulur. Təcili tibbi yardım ilkin yardımın sadəcə, bir hissəsidir. İlkin yardım xəstəxanaya plansız gələn pasientləri çeşidləyəcək. İlkin yardım sığortalının səhhətində problemin aşkarlanmasına kömək edəcək.

İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. Pilot layihə dövründə həyata keçirilən islahatlar və qazanılan təcrübə icbari tibbi sığortanın gələcəkdə bütün ölkə üzrə uğurla tətbiqinə imkan verəcək.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.