IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
05 2017 13:26

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

Oxu.Az xəbər verir ki, DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə 40 124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 79 imtahan mərkəzi, imtahanların idarə olunmasına ümumilikdə 244 imtahan rəhbəri, 2852 nəzarətçi‑müəllim ayrılıb.


21 İyun 2025
Cəmiyyət

Xarici diplomatlar Şuşada yaşayış kompleksində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub.

21 İyun 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

21 İyun 2025
Cəmiyyət

Məktəbəhazırlıq qruplarına qəbul başladı

Bu gündən etibarən, 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.

21 İyun 2025
Cəmiyyət

Xarici diplomatlar Bülbülün ev-muzeyində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

21 İyun 2025
Cəmiyyət

Cəbrayılda insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb

Cəbrayıl rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən skelet qalıqları tapılıb.