IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib
11 2017 09:04

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) və “Park Bulvar” Əyləncə Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının könüllülərinin iştirakı ilə kapoeyra idman növünün ustaları, müəllim və yığma komandanın üzvləri müxtəlif nümunəvi çıxışlar göstərib, master-klasslar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açıq elan olunub. Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib və ölkəmizdə bu oyunlara digər idman növləri üzrə də dəstək aksiyalarının keçirilməsi vurğulanıb.

Bildirilib ki, kapoeyra idman növü ölkəmizdə sevilən, maraq göstərilən idman növüdür və ÜKF-nın rəhbərliyinə həmvətənimizin seçilməsi ölkə idman siyasətinin növbəti uğuru kimi qiymətləndirilir.

Tədbirin sonunda bədii-əyləncəli proqram təqdim etdirib.


12 Noy 2025
İdman

"Qarabağ" dünya reytinqində 17 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinqini dərc edib.

12 Noy 2025
İdman

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan yığması 29 medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 58 ölkənin iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması yeddinci pillədə qərarlaşıb.

12 Noy 2025
İdman

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycanın iki karateçisi bürünc medal qazanıb

Azərbaycanın iki karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

7 Noy 2025
İdman

Taekvondoçumuz Avropa birinciliyində gümüş medal qazandı

Azərbaycanın yeniyetmə taekvondoçusu Elmir Səlimov Yunanıstanın Afina şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsüyə qalxıb.

7 Noy 2025
İdman

Azərbaycanın veteran cüdoçuları dünya çempionatını 6 medalla tamamlayıblar

Azərbaycanın cüdo üzrə veteranlardan ibarət millisi Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında çıxışını başa vurub.