İTV əməkdaşları "Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını aldılar - AÇIQLAMA - VİDEO

İTV əməkdaşları "Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını aldılar - AÇIQLAMA - VİDEO
17 2019 16:55

İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan bayrağına qarşı diqqətsizlik sosial şəbəkələrdə böyük etirazla qarşılanıb. 

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov BAKU.WS-ə açıqlamasında bildirdi ki, “Eurovision" təşkilatçılarının kobud səhvinin qarşısını alıblar:  

"İTV əməkdaşları yanlış göstərilən bayrağı gördükdən sonra vəziyyətə müdaxilə ediblər. Biz bayrağın tərs olduğunu gördükdən dərhal sonra Hüsniyyə və Çingizə bildirdik. Onlar bayrağımızı doğru formada üstündən asdılar və səhv bayrağın üstünü örtdülər.

Biz bunun təxribat olduğunu deyə bilmərik. Bu sadəcə təşkilatçıların kobud səhvidir".

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin uğurla çıxış etdiyi II yarımfinaldan sonra finala vəsiqə qazanan ölkənin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında Azərbaycan nümayəndəliyinin qarşısına qoyulan tanıdım lövhəsində bayrağımız bayrağı tərsinə əks olunub.

Realpress.az


10 Mar 2021
Mədəniyyət

10 Mart - Milli Teatr Günüdür

Bu gün milli teatrımız 148 illiyini qeyd edir

2 Mar 2021
Mədəniyyət

Çavuşoğludan ermənilərin dağıtdığı abidələrin restavrasiyası ilə bağlı AÇIQLAMA - FOTO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov ilə görüşüb.

18 Yan 2021
Mədəniyyət

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı müraciət etdi

Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.