Bir qrup İŞİD yaraqlısı İraqın Samarra şəhərindəki polis məntəqəsinə hücum edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yaraqlılarla asayiş keşikçiləri arasında atışma olub. İŞİD tərəfdarları şəhərdəki bir neçə binanı ələ keçiriblər. Silahlı toqquşma zamanı azı beş nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Hücumda iştirak edən terrorçuların sayı barədə məlumat verilmir.
Hazırda Samarrada fövqəladə vəziyyət elan edilib. Şəhərə nizami ordu dəstələri yeridilib.
“Al-Arabiya” telekanalının İraq komandanlığına istinadla yaydığı son məlumata görə, güc strukturları polis məntəqəsinə hücum edən üç terrorçunu öldürüblər.
Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.
İsrail paytaxtı Təl-Əviv də daxil olmaqla ölkənin mərkəzi bölgələrində raket xəbərdarlığı səslənib.