İKT sahəsi üzrə növbəti qrant müsabiqəsi elan olunub

İKT sahəsi üzrə növbəti qrant müsabiqəsi elan olunub
08 2017 10:15

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə 5 prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə mütərəqqi proqram təminatının hazırlanması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması və İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı istiqamətlərini əhatə edir.

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblərə əsasən, hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır. Həmçinin hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil edilməlidir. Layihə rəhbərinin iştirakı cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) mümkündür.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilə bilər. (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 4, əlaqə tel. (+99412) 5383787, faks: (+99412) 5383789, elektron poçt: info@ictfund.gov.az).

Layihələrin qəbulu 2017-ci il aprelin 10-dan başlayır və iyunun 9-da başa çatır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.