IFC nümayəndəsinin Azərbaycanda problemli kreditlərlə bağlı tövsiyəsi

IFC nümayəndəsinin Azərbaycanda problemli kreditlərlə bağlı tövsiyəsi
04 2017 13:55

Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı problemlərin həllinə aktivlərin idarə olunması üzrə ixtisaslaşlmış strukturun yaradılması kömək edə bilər. Bu sözləri Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna və Belarusdakı nümayəndəliyinin rəhbəri Rüfət Əlimərdanov deyib.

O qeyd edib ki, ilk növbədə, belə struktur məhdud resursları və ekspertizanı bir agentlikdə cəmləməyə imkan verir: "İkincisi, bu, aktivlərlə daha sistematik və standart iş üsullarının tətbiq olunmasına şərait yaradır. Üçüncüsü və daha vacibi odur ki, bugünkü islahatlar şəraitində iqtisadiyyatın sahələrinin daha nizamlı restrukturizasiyası imkanı yaranır”.

R.Əlimərdanovun fikrincə, bu cür struktura, həmçinin problemli kreditlərin qaytarılmasını sürətləndirməyə imkan verən əlavə səlahiyyətlər verilə bilər: "Burada bir sıra üstünlüklərlə bərabər, bəzi çatışmazlıqlar da var. Məsələn, strukturun müstəqil olmaması və qeyri-səmərəli korporativ idarəetmə zamanı siyasi təzyiq mümkün ola bilər".

Onun sözlərinə görə, Azərbaycanda yaradılmış “ASAN xidmət” ən uğurlu nümunələrdən biridir: “Bundan başqa, məsələn, daşınar əmlakın qeydiyyatı prosesinin təkmilləşdirilməsi vasitəsilə girov qoyulan əmlakın səmərəli reallaşdırılmasına kömək edəcək nizamlayıcı mühit yaratmaq lazımdır”.

R.Əlimərdanov bildirib ki, bütün bunlarla əlaqədar olaraq, “əlverişsiz borclar”la iş təcrübəsi olan xarici ekspertlərin, eləcə də bu sahədə ixtisaslaşmış investorların cəlb olunması tələb oluna bilər. O əlavə edib ki, ABŞ və İrlandiyada bu problem müsbət həll edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2016-cı ilin oktyabrın sonuna olan vəziyyətə görə Azərbaycanda vaxtı keçmiş kreditlərin payı bütün kredit təşkilatlarının borclarının 8,7 faizini və ya 1 375,6 milyon manat təşkil edib. Bir il ərzində vaxtı keçmiş kreditlərin həcmi 5,66 faiz artıb, bir ay ərzində isə 14 faiz azalıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.