Heydər Əliyevin əziz xatirəsi ukraynalıların qəlbində əbədi yaşayacaq

Heydər Əliyevin əziz xatirəsi ukraynalıların qəlbində əbədi yaşayacaq
13 Dek 2016 09:40

Azərbaycanın Ukraynadakı səfirliyinin “Heydər Əliyev” salonunda diplomatik missiyamız tərəfindən “Müasir Azərbaycanın formalaşmasında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbirdə bir sıra MDB ölkələrinin səfirləri, türk diplomatları, Ukraynanın aparıcı universitetlərinin rektorları və nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan parkda Azərbaycan xalqının ulu öndərinin abidəsi önünə gül dəstələri düzüblər.

“Dəyirmi masa”da Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Heydər Əliyev fenomeni, onun Azərbaycanı xaosdan və vətəndaş müharibəsindən xilas edən missiyası barədə danışıb. Diplomat Heydər Əliyevin şərəfli həyat yolu və genişmiqyaslı fəaliyyəti, Ukraynaya böyük rəğbəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, o, SSRİ-nin rəhbərlərindən biri kimi Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üçün çox işlər görüb, “Admiral Naximov” sərnişin gəmisinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün hökumət komissiyasına rəhbərlik edib.

Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Yerli Özünüidarəetmə İnstitutunun ilk direktoru, tarix elmləri doktoru, professor Andrey Kudryaçenko və indiki direktoru, siyasi elmlər doktoru, professor, Ukrayna Ali Məktəb Elmlər Akademiyasının akademiki İvan Bidzyura çıxışlarında Ümummilli Liderin Ukraynaya rəğbəti ilə bağlı mövzunu davam etdiriblər. Onlar Azərbaycan ilə Ukrayna arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsində Heydər Əliyevin xidmətlərindən danışıblar. Alimlər vurğulayıblar ki, Heydər Əliyevin əziz xatirəsi ukraynalıların qəlbində əbədi yaşayacaq.

Ukraynadakı Özbəkistan səfiri Əlişir Abdulliyev, Tacikistan səfiri Fayzullo Xolboboyev, Moldova səfiri Ruslan Bolboçan, Türkiyə səfirliyinin müşaviri Özgün Talu, Türkmənistan səfirliyinin birinci katibi Paraxat Rəcəpov və başqaları ümummilli lider Heydər Əliyevin postsovet məkanı ölkələri, o cümlədən Türkiyə ilə dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs ediblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin rəhbəri İlham Allahverdiyev isə ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, habelə diaspor quruculuğunda müstəsna xidmətlərindən söz açıblar.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.