Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub

Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub
17 Dek 2016 10:28

Dekabrın 16-da Bakıya səfərini başa çatdırdıqdan sonra vətəninə qayıdan Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub.

Təməlqoyma mərasimindən əvvəl qubernator Aleksandr Jilkinin Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə həyata keçirilən bir sıra birgə layihələrdən danışılıb. Məhsuldar əməkdaşlığın daha bir nümunəsi kimi Azərbaycan Biznes Mərkəzinin tikintisinin əhəmiyyəti vurğulanıb.

Sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi olub.

Əvvəlcə Aleksandr Jilkin, Əli Həsənov və Azərbaycan nümayəndə heyətinin üzvləri xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Təməlqoyma mərasimində çıxış edən qubernator Aleksandr Jilkin son illərdə Həştərxan vilayətində Heydər Əliyev Fondunun və Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin fəal iştirakı ilə region üçün bir sıra əhəmiyyətli humanitar layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu layihələrə Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta məktəbinin binasının bərpası, “Dostluq” uşaq bağçasının inşası, Heydər Əliyev parkının, uşaq əyləncə şəhərciyinin abadlaşdırılması, Knyaz Vladimirin abidəsinin ucaldılması daxildir.

Aleksandr Jilkin deyib: “Bu gün ciddi böhran dövründə də bizə ölkələrimizin qarşılıqlı faydalı şərtlərlə inteqrasiyasına imkan verən yeni iqtisadi layihələr lazımdır. Bir ildən də az müddətdə bu yerdə ölkələrimizin iş adamlarının biznes fəaliyyətinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə təkan verəcək Azərbaycan Biznes Mərkəzi inşa olunacaq”.

Tədbirdə çıxış edən Əli Həsənov xatırladıb ki, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikintisinə dair saziş noyabrın əvvəlində Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda imzalanıb. Mərkəzin yaradılmasının təşəbbüskarı Həştərxan ilə çox sıx və səmimi əlaqələr qurmuş Heydər Əliyev Fondudur.

Prezidentin köməkçisi Əli Həsənov deyib: “Bu mərkəzdə biz Rusiya bazarına çıxaracağımız məhsulları təşviq etməyi planlaşdırırıq. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılar ilə uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək. Yeni obyektin tikintisi Həştərxan quberniyasının 300 illiyinə bizim töhfəmiz və səmimi dostluq münasibətlərimizin sübutu olacaq”.

Sonra Azərbaycan Biznes Mərkəzinin təməli qoyulub. Qubernator Aleksandr Jilkin və Prezidentin köməkçisi Əli Həsənov gilizi bünövrəyə buraxıblar.

Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz təməli qoyulan mərkəzin yaxın zamanda tikintisinə başlanılacaq. Beşmərtəbəli mərkəzin tikinti sahəsi 5 min kvadratmetr olacaq. 2017-ci ilin sonunda istifadəyə veriləcək mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zal və restoranlar yerləşəcək. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək.


25 İyun 2022
Siyasət

Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək - Kamaləddin Qafarov

Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var. 

25 İyun 2022
Siyasət

Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçılarını təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.

25 İyun 2022
Siyasət

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib

Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.

25 İyun 2022
Siyasət

Prezident “Qida təhlükəsizliyi haqqında” qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanunu təsdiqləyib.

24 İyun 2022
Siyasət

Bayramov-Lavrov görüşü başladı – VİDEO

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.