Həştərxan vilayəti Xəzər Nəqliyyat-Logistika kompleksi layihəsinin hazırlanmasında iştirak etmək üçün RF-nin Şimali Qafqaz Məsələləri üzrə Nazirliyi nəzdində işçi qrupun tərkibinə daxil olacaq.
AZƏRTAC Şimali Qafqazın İnkişafı Korporasiyasının (ŞQİK) rəsmi saytına istinadla xəbər verir ki, bu barədə RF-nin Şimali Qafqaz Məsələləri üzrə nazirinin birinci müavini, “ŞQİK” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Odes Baysultanovla Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşündə razılaşma əldə edilib.
O.Baysultanov deyib: “Hazırda Xəzər hövzəsindəki dəniz limanlarının inkişafı strategiyası üzərində iş gedir. Biz həmin strategiyanı Rusiya hökumətinə təqdim etməliyik. Həştərxan vilayətinin bu layihədə iştirak etməsi ölkə üçün çox vacibdir. Həştərxan limanlarının öz üstünlükləri var. Həştərxan həm də Rusiyanın cənub darvazası deməkdir”.
A.Jilkin də öz növbəsində, Yaxın Şərqdən, Afrikadan və Cənub-Şərqi Asiyadan olan ticarət tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu vurğulayıb.
Qubernator deyib: “Biz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına ümid bəsləyirik. Xəzər dənizi boyunca qonşularımızın və Hindistanın fəallaşacağını gözləyirik. Perspektivdə 25-30 milyon ton yük aşırılacağını proqnozlaşdırırıq. Həştərxan limanları təkbaşına bu işin öhdəsindən gələ bilməzlər. Buna görə də Xəzərdəki bütün Rusiya limanlarının fəaliyyətinin ölkə səviyyəsində əlaqələndirilməsi zəruridir”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.