Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı

Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı
11 2019 17:05


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Realpress.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov  iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim olunduğunu bildirib.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilməlidir.

Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub.

Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Payız sessiyasında həmçinin “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


23 Yan 2020
Siyasət

İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - TƏHLİL

İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? - TƏHLİL

23 Yan 2020
Siyasət

Mehriban Əliyeva Mixail Qusmanı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında İTAR-TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmanla bağlı paylaşım edib.

23 Yan 2020
Siyasət

Dünyanı vahiməyə salan qorxunc virus Azərbaycana gəlib? - RƏSMİ AÇIQLAMA

Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski istisna deyil.

23 Yan 2020
Siyasət

Bakı Media Mərkəzindən Arzu Əliyeva ilə bağlı paylaşım - VİDEO

Bakı Media Mərkəzindən Arzu Əliyeva ilə bağlı paylaşım - VİDEO