Həkimlər yeni cihaz vasitəsilə qlaukomanın erkən diaqnozu və müalicəsini apara biləcəklər

Həkimlər yeni cihaz vasitəsilə qlaukomanın erkən diaqnozu və müalicəsini apara biləcəklər
08 2017 16:42

Dünyada korluğun ikinci ən geniş yayılmış səbəbi olan qlaukomanın diaqnostikası oftalmoloqlar üçün çətinlik törədir.

AZƏRTAC vocativ.com saytına istinadla xəbər verir ki, Roçester Tibb Mərkəzinin tədqiqatçıları qlaukomanın erkən diaqnozu və müalicəsinə yardım edən və torlu qişanın fərdi hüceyrələrinin təsvirlərini əldə edə bilən yeni texnologiya ərsəyə gətiriblər. AOSLO adlı yeni cihaz vasitəsilə makakalar üzərində təcrübə aparılıb. Torlu qişada aparılan tədqiqat zamanı məlum oldu ki, cihaz vasitəsilə hətta hüceyrə daxilindəki nüvələri də görmək mümkündür.

Sonrakı mərhələdə alimlər yeni texnologiyanı insanların üzərində də sınayıblar. Onların bəziləri normal görmə qabiliyyətinə malik idi. Bəziləri isə yaşla bağlı makula degenerasiyası və torlu qişanın bir qisminin qopması səbəbilə zəif görən insanlar idi.

Yeni texnika vasitəsilə torlu qişanın kiçik görüntüsü əldə edilsə də, ondan qlaukoma ilə yanaşı, makula degenerasiyası və rəng korluğu kimi digər xəstəliklərin diaqnostikasında da istifadə etmək mümkündür. Lakin tədqiqatçılar dəqiqlik və təhlükəsizliyi artırmaq məqsədilə cihazı daha da təkmilləşdirə bilərlər.


8 Apr 2021
Səhiyyə - Sağlamlıq

Qurmanların dadlı yeməyi - əsl xəzinədır

Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

400 nəfərədək əhali səyyar formada tibbi müayinə ediləcək - FOTO

Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sistitin yaranma səbəbi nə ola bilər, bundan necə qorunmaq olar?

Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.

2 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.