Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib

Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib
09 Dek 2016 12:47

ATƏT Parlament Assambleyasının (PA) Humburqda keçirilən büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib. Bu barədə AZƏRTAC-a “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev məlumat verib.

ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev iclasda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının narahatlıq doğurduğunu söyləyib. Vitse-prezident deyib: “Aprel hadisələri göstərdi ki, bu münaqişə ilə bağlı yaranmış vəziyyət çox təhlükəlidir və münaqişə istənilən an yenidən alovlana, bölgə üçün ciddi fəlakətə səbəb ola bilər. Buna görə də Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin söylədiyi kimi, bugünkü status-kvo həm təhlükəlidir, həm də qəbuledilməzdir”.

Azay Quliyev təəssüflə bildirib ki, may və iyun aylarında prezidentlər səviyyəsində aparılan danışıqlara az da olsa ümid olsa da, bu ümidlər özünü doğrultmadı və problemin həlli istiqamətində heç bir addım atılmadı. Hətta bəzi həmsədr ölkələrin münaqişənin həlli perspektivi ilə bağlı verdikləri pessimist bəyanat danışıqlara olan ümidi daha da sarsıtdı.

Münaqişənin həll olunmamasında rəsmi Yerevanın məsuliyyət daşıdığını bildirən vitse-prezident yaranmış vəziyyəti iclas iştirakçılarının diqqətinə çatdırıb: “Ermənistan rəhbərliyinin münaqişəni sülh yolu ilə həll etmək istəməməsi hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin sülhyaratma təşəbbüsünü ələ almağa və öz mövqelərini açıq şəkildə bildirməyə vadar edib. Çünki insanlar artıq bu münaqişənin davam etməsindan bezib və yorulublar. Belə ki, bu ilin noyabr ayında münaqişənin tarixində ilk dəfə olaraq Ermənistan QHT-ləri və hüquq müdafiəçiləri Azərbaycandan olan həmkarları ilə bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını geniş müzakirə edərək Ermənistan və Azərbaycan prezidentlərinə və xalqlarına müraciət qəbul etdilər. Müraciətdə münaqişənin həlli yolları ilə bağlı hər iki cəmiyyətin istək və arzuları və prinsipial mövqeləri əks olunub. İki gün öncə isə hər iki ölkədən olan QHT-lər “Ermənistan-Azərbaycan Sülh Platforması” adlı təşkilat yaradaraq problemin həlli istiqamətində yeni bir hərəkatın əsasını qoydular. Ümid edirəm ki, bu platforma Dağlıq Qarabağ münaqişəsinin həllinə erməni və Azərbaycan xalqlarının dəstəyini təmin etməyə və uzun müddət minlərlə insanın ölümünə səbəb olan qanlı qarşıdurmanın aradan qalxmasına töhfə verəcək”.

Sonda Azay Quliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini bölgədə etimad və sülhyaratma baxımından unikal imkanlara malik bu platforma ilə yaxında əməkdaşlıq etməyə və platformanın potensialından maksimum faydalanmağa çağırıb.


1 İyun 2020
Siyasət

Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında - ARAŞDIRMA

Prezident İlham Əliyevin “Facebook” sosial şəbəkəsindəki səhifəsi davamlı olaraq inkişaf edir və oxucu auditoriyası toplayır. Bu bərədə dünya liderləri, hökumətlər və beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə əlaqələrini araşdıran “Burson Cohn Wolfe” (BCW) qlobal piar agentliyinin “Dünya liderləri “Facebook”da” adlı araşdırmasının beşinci nəşrinin nəticələrində deyilir.

1 İyun 2020
Siyasət

Azərbaycan könüllüləri pandemiya ilə mübarizəni davam etdirirlər - FOTO

31 may 2020-ci il tarixində ölkənin əksər şəhər və rayonlarından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, təsisçi könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video formatında onlayn konfrans keçirilib.

1 İyun 2020
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik ünvanlayıb.

31 May 2020
Siyasət

Roma Papasından İlham Əliyevə təbrik məktubu

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.